“Logix Academy” tərəfindən Azərbaycan Neft və Sənaye universitetinin İMF fakültəsi tələbələrinə təlim keçirildi.

Phone App

Aprelin 22-də “Destec Group” MMC-nin nəzdində “Logix Academy” tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təlim keçən İqtisadiyyat və Menecment fakültəsinin (İMF) tələbələri ilə görüş keçirilib. Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, İMF-nin dekanı, dosent İlham Rüstəmov, “Destec Group” MMC-nin direktoru Mürşüd Həmidov, təlimçi Elşad Seyidzadə və tələbələr iştirak edib. Tədbirdə ADNSU-nun rektoru professor Mustafa Babanlı “Destec Group” MMC-nin direktoru Mürşüd Həmidova “Təşəkkür plaketi” təqdim edib. Qeyd edək ki, ADNSU-nun iqtisadiyyat üzrə təhsil alan bir qrup tələbəsi “Destec Group” MMC-nin nəzdində “Logix Academy”də 5 həftəlik praktiki dərslərdə iştirak edib. Aprelin 16-da təlimin yekun qiymətləndirilməsi və tələbələrin sertifikatlaşdırılması məqsədilə imtahan keçirilib. Tədbirin sonunda “Logix Academy”də təlim keçən tələbələrə sertifikatlar təqdim olunub.

Mail göndərin

Azərbaycan

A.Salamzadə 53 küç., Nəsimi ray., Bakı, Azərbaycan

(+994) 50 260 05 75

info@logix.az

Özbəkistan

Abdulla Kaxxor 46,Yakkasaray dist., Taşkent, Özbəkistan

(+998) 8 970 025 544

info@destec.az

İngiltərə

62-64 Stoke Newington High Street, London, N167PB

+44 7311 462604

info@logix.store