LOQLARIN SAXLANILMASI

Phone App

Logların saxlanılması dəstəklənən tətbiq və qurğu sayının artması ilə təhlükəsizlik sahəsində tələblərin və siyasətlərin ardıcıl olaraq yerinə yetirilməsini təmin etmək getdikçə çətinləşir. Bir çox müəssisə üçün lokal tətbiqlərin buluda köçürülməsi həm çevikliyi artırır, həm də xərcləri azaldır. Symantec şirkəti ilə tərəfdaşlıq çərçivəsində sizə əyaniliyi və nəzarəti itirmədən, etibarlı axtarış və monitorinq sistemlərini əlavə edərək, məlumatların bulud saxlancından və elektron poçt qutusundan sızmasının qarşısını alaraq bulud texnologiyalarının üstünlüklərini təqdim edirik. Məlumatların itirilməsini önləmək üçün aparıcı həll kimi məşhurlaşan Symantec Data Loss Prevention-ın fərqləndirici xüsusiyyətləri bunlardır:

  • Verilənlərin buludda, mobil qurğuda və lokal mühitlərdə təyin edilməsi
  • Əməkdaşların korporativ şəbəkəyə qoşulmuş olduqlarından asılı olmayaraq verilənlərdən istifadənin qeydə alınması
  • Yerləşdiyi yerdən və istifadə edilmə üslubundan asılı olmadan verilənlərin sızmasının, ya da oğurlanmasının önlənməsi
  • Əsas üstünlüklər:
  • Gizli korporativ məlumatların qorunması və tələblərə uyğunlaşdırılması prosedurası maksimal dərəcədə sadələşdirilib. Symantec şirkətinin məlumatların qorunmasına kompleks yanaşması müasir təhlükəsizlik sistemlərinin qeyri-müəyyən sərhədlərini, istiqamətləndirilmiş hücumların artan sayını, eləcə də istifadəçilərin vərdişlərində və tələblərində baş verməkdə olan dəyişiklikləri nəzərə alır.
  • Verilənlərin bulud mühitlərinə və mobil qurğulara sızmasını önləmə funksiyalarının təsir sahəsini genişləndirir,
  • Təhlükəsizliyi təmin etmə və tələblərə riayət olunma siyasətlərinin sərhədlərini şəbəkədən kənara yayır,
  • Sınaqdan keçmiş açılma metodikaları, intuitiv olaraq başa düşülən hadisə və siyasətləri idarəetmə alətləri, eləcə də yüksək risk səviyyəsi olan kanalların minimal sahibolma qiyməti ilə geniş dəstəyini təqdim edir.

Mail göndərin

Azərbaycan

27A Ə.Rəcəbli prs., N.Nərimanov küç., Bakı, Azərbaycan

(+994) 50 260 05 75

info@logix.az

Azərbaycan

27A Ə.Rəcəbli prs., N.Nərimanov küç., Bakı, Azərbaycan

(+994) 50 260 05 75

info@logix.az