BAZANIN NÜSXƏSİNİN ALINMASI

Phone App

Logix əməkdaşları verilənləri saxlama sistemləri bazarında 12 illik təcrübəyə malikdir. Biz müştərilərimizə bu sahədə də uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq təklif edirik. Şirkətimiz belə layihələrin hazırlanması və həyata keçirilməsində istifadə olunan avadanlıq və proqram təminatı istehsalı üzrə dünyanın aparıcı şirkətləri ilə sıx tərəfdaşlıq əlaqələrinə malikdir. Saxlanan verilənlərin həcmi ildən ilə artmaqdadır, odur ki, onların effektiv saxlanması məsələsi olduqca aktualdır. Verilənləri saxlama sistemlərinə qarşı irəli sürülən tələblər olduqca yüksəkdir, çünki informasiya istənilən müəssisə üçün ən vacib dəyərdir. Biz nəinki cari ehtiyaclarınızı, eləcə də belə sistemlərin inkişafını nəzərə alan həlləri layihələndirib tətbiq etməyə hazırıq. Bundan əlavə, biz həmin həllə informasiyanın həyat dövrünün avtomatik idarəolunma mexanizmini də əlavə edə bilərik. Əgər sifarişçi infrastrukturanın modernizasiya planını yenidən nəzərdən keçirirsə, o cümlədən, verilənləri saxlama sistemlərinin modernizasiyasına ayırdığı büdcəni ixtisar etmək niyyətindədirsə, belə halda LOGİX verilənləri saxlama sistemini bir xidmət kimi təklif edə bilər. Beləliklə, verilənlərin etibarlı saxlanması və sürətli emalı ilə bağlı məsələlər saxlanc, resurs və büdcə qıtlığı şəraitində optimal şəkildə həll olunacaq.

Mail göndərin

Azərbaycan

A.Salamzadə 53 küç., Nəsimi ray., Bakı, Azərbaycan

(+994) 50 260 05 75

info@logix.az

Özbəkistan

Abdulla Kaxxor 46,Yakkasaray dist., Taşkent, Özbəkistan

(+998) 8 970 025 544

info@destec.az

İngiltərə

62-64 Stoke Newington High Street, London, N167PB

+44 7311 462604

info@logix.store