Fitnes Mərkəzi

Fitnes Mərkəzi

Fitness sektoru sürətlə böyüyən və rəqabətli bir sahədir və burada üzvlərin idarə olunması, cədvəllərin tərtibi, ödənişlər, inventar və maliyyə nəzarəti kimi müxtəlif tapşırıqların effektiv idarə olunması tələb olunur. Sektorda yeni rəqiblərin artması ilə rəqabət də güclənmişdir. Fitness müəssisələri rəqabət qabiliyyətini artırmaq və gəlirlərini optimallaşdırmaq üçün effektiv idarəetmə strategiyalarından və texnologiyadan istifadə etməlidir. Logix sistemi, məlumatların idarə olunması və əsas əməliyyatların avtomatlaşdırılması üçün mərkəzləşdirilmiş platforma təqdim edərək fitness mərkəzlərinin bu funksiyaları daha səmərəli idarə etməsinə kömək edə bilər.

Logix sisteminin fitness mərkəzləri üçün təklif etdiyi funksiyalar:



✔ Fitness sektoru ilə əlaqəli bütün məlumatların, o cümlədən üzv məlumatlarının, dərs cədvəllərinin, işçi məlumatlarının, satış və maliyyə məlumatlarının saxlanıla biləcəyi mərkəzi verilənlər bazası təmin edir.



✔ Logix sistemindən istifadə etməklə, fitness sektoru məhsuldarlığını artıraraq prosesləri optimallaşdıra bilər.



✔ Müştərilərə dərs cədvəlləri, yerlərin mövcudluğu və qiymətlərlə bağlı real vaxtda məlumat təqdim edərək, müştəri təcrübəsini yaxşılaşdırır.



✔ Üzvlərin ödəniş və qeydiyyat proseslərini sadələşdirərək, ümumi istifadə təcrübəsini daha rahat edir.



✔ Şirkətə aid satış, xərc və gəlirlər barədə ətraflı maliyyə məlumatları verərək, menecerlərin qiymət, marketinq və resursların bölüşdürülməsi kimi qərarları daha yaxşı qəbul etməsinə kömək edir və maliyyə dayanıqlığını artırır.



✔ Üzv iştirakçılığı, gəlir və mənfəət daxil olmaqla, fitness müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat və analitik hesabatlar yaradır.



✔ Tələbata uyğun olaraq lazımi avadanlıq və materialların mövcudluğunu təmin edərək inventar idarəçiliyinə kömək edir.



✔ İşçi qrafiklərinin, əmək haqqının və performansın idarə olunmasını sadələşdirərək, işçi saatlarını izləməyə və işçi səviyyələrini tələbatlara uyğun tənzimləməyə imkan verir.



✔ Logix ERP sistemi müştəri məlumatları, maliyyə məlumatları və işçi qeydləri kimi həssas məlumatların qorunmasını təmin edir.



✔ Müxtəlif şöbələr, işçilər və müştərilər arasında əlaqəni təmin edən mərkəzləşdirilmiş platforma kimi xidmət göstərir.


Logix-in bu xüsusiyyətləri restoran sektoru üçün də vazkeçilməz və ideal seçim olduğunu sübut edir. Bu sistem işinizi asanlaşdıracaq, hesabatları dəqiq hazırlamağa və restoranla bağlı problemlərinizi həll etməyə kömək edəcək. Müştəri məmnuniyyətindən işçi nəzarətinə qədər sistemin bütün funksionallıqlarından faydalanacaqsınız.