LogiX Restoran
Logixin kafe və restoranlar üçün proqram təminatı bir çox müəssisələrin işini asanlaşdırmaq üçün yaradılmışdır. Onun vasitəsilə müştərilərə daha sürətli xidmət göstərilir, işçilər daha səmərəli işləyə bilirlər. LogiX Proqram təminatı şirkətinizi effektiv və uğurla idarə etməyə kömək edir.
Müştəri məlumatlarını toplamaq üçün
Məlumat şirkət üçün çox vacibdir. Çünki əlinizdə müştəri məlumatları varsa, o zaman müştəri yönümlü satış etmək daha asandır. Logix loyallıq proqramı vasitəsilə siz müştərinin keçmiş alışlarını, məhsullara necə üstünlük verdiyini, hansı qiymət intervalında məhsulları seçdiyini və daha çox məlumat əldə edə bilərsiniz. Bu yolla müştərilərinizə uyğun xüsusi təkliflər hazırlayaraq satışlarınızı artıra bilərsiniz.
Sadiq müştəriləri əldə saxlamaq üçün
Sadiqlik sizə həqiqətən sadiq olan və sizi itirmək istəməyən müştərilər verir. Siz onları bonuslar və endirimlərlə sevindirməyə davam etdikcə, onlar sizi heç bir markaya dəyişmək istəməyəcəklər. Müştərilər mal və xidmətləriniz ilə pula qənaət etsələr belə, endirimlər və bonusla onları daha çox almağa sövq edcəcəkdir.
Yeni müştərilər əldə etmək üçün
Loyallıq proqramları mövcud müştərilərinizi əldə saxlamaqla yanaşı, yeni müştərilər də qazandırır. Məmnun müştərilər dostlarına və ya qohumlarına loyallıq proqramınız haqqında danışdıqda, bu, onlarda maraq və həvəs yaradır. Beləliklə, dayanmadan yeni müştərilər əldə edə bilərsiniz.
Satışları artırmaq üçün
Sadiqlik proqramları müştəriləri daha çox alış-veriş etməyə təşviq edir. Logix vasitəsilə tətbiq edəcəyiniz endirimlər və ya bonuslarla müştəriləriniz daha çox alış-veriş edəcəklər. Alış-veriş edərkən bonusların və endirimlərin artdığını gördükdə, proses davam edəcək və bu, satışların sayının artmasına səbəb olacaq.
Davamlı istifadə üçün
Loyallıq kartlarınız müştərinizin sizi hər zaman yadda saxlamasına kömək edir. Müştəri bonuslar əldə etmək üçün davamlı olaraq istifadə etdiyi üçün kartı pul kisəsinə qoyur. Pul kisəsini açanda isə həm kartınızı görürlər, həm də hər alışda bonus qazanmaq üçün sizdən almaq istəyirlər. Lakin müştəri özü ilə kart gəzdirmək istəmirsə, tətbiq mükəmməl bir alternativdir. Buna görə də Logix sizin üçün hər iki variantı təklif edir.
Müştərilərinizə xüsusi diqqət üçün
Müştəri münasibətləri loyallıq proqramları və mükafat kartlarından istifadə etməklə bir sıra yollarla yaxşılaşdırıla bilər. Hər hansı bir hadisə üçün xüsusi hədiyyələr aldıqda və ya üstünlük verdikləri mal və ya xidmətlər üçün gələcək bonuslar planlaşdırıldıqda, onlar özlərini önəmli hiss edəcəklər.
Xərcləri azaltmaq üçün
Yeni müştərinin əldə edilməsi xərcləri, mövcud müştərini saxlamaq xərcindən beş dəfə çoxdur. Müştəri münasibətlərini inkişaf etdirilməsi, satışların artırılması və müştəri sadiqliyinin inkişaf etdirməsi, loyallıq proqramları və hədiyyə kartları vasitəsilə təmin edilir.