LogiX Turizm
Turizm fəaliyyətləri (həm gələn, həm də gedən turizm) Logix Turizm modulu ilə tam peşəkar şəkildə idarə oluna bilər. Gələn turizm müəyyən bir məkana gələn xarici turistləri, gedən turizm isə ölkədən başqa yerlərə səyahət edən yerli turistləri əhatə edir. Logix turizm modulunun istifadəsi ilə bu fəaliyyətlərin müxtəlif aspektləri effektiv şəkildə idarə edilə bilər.
Müştəri xidməti üçün
Logix istehsal həlli xammalın alınmasından, hazır məhsulun çatdırılmasına qədər bütün prosesin sadələşdirilməsini və optimallaşdırılmasını təmin edir. Hazır məhsulun vaxtında və məhsulun keyfiyyətinə zərər vermədən çatdırılmasını təmin edərək, planlaşdırma və istehsal dövrünün optimallaşdırılmasına diqqət yetirir.
Vaxtında çatdırılma hətta ən tələbkar istehlakçıları da razı salmağa və güvən əsaslı əlaqələr qurmağa imkan verəcək. Güvən yaratmaqla, siz istehlakçılarınızı təkrar satınalmalara təşviq edə, onların sizin haqqınızda olan müsbət rəylərini öz ətrflrına demələrini təmin etməklə sizə daha çox müştəri qazandırmasına nail ola bilərsiniz.
İnventar nəzarəti üçün
Effektiv inventar nəzarəti istehsal üçün həyati əhəmiyyət kəsb edir, tələbatı ödəmək üçün, ehtiyaca görə anbarı nizamlayaraq, eyni zamanda həddindən artıq depolama və yüksək saxlama xərclərinə yol vermir. Strukturlaşdırılmış idarəetmə əməliyyatları və xərclərin səmərəliliyini təmin edir.
Logix ERP sistemi, sifariş verərək və ya personalı məlumatlandıraraq yenidən depolamanı avtomatikləşdirir. Qısaca desək, ERP istehslat gecikmələrinin qarşısını almaq üçün inventarı real vaxt rejimində məhsuldar şəkildə işlənməsini və idarə olunmasını təmin edir.
Xərcləri idarə etmək üçün
Siz Logix vasitəsilə istehsal olunan malların maya dəyərini hesablaya bilirsiniz. Maya Dəyəri istifadə olunan xammalın və yarımfabrikatların, istehsal prosesində çəkilən məsrəflərə (elektrik enerjisi, əsas fondların köhnəlməsi, əmək haqqı və s.), alınan xidmətlərə (digər şirkətlərdən) uyğun olaraq hesablanır.
İşçilərin işini asanlaşdırmaq üçün
Logix istehsal həllinin köməyi ilə işçilərin məhsuldarlığı arta və stress səviyyələri əhəmiyyətli dərəcədə azaldıla bilər. Stress istehsala təsir göstərə bilər, çünki o, çox diqqəti yayındıra bilər, fiziki və zehni yorğunluğa səbəb ola bilər və nəticədə istehsal mərhələsində istehsal olunan mallarda nasazlıqlarla nəticələnə bilər.
LogiX sistemi komanda işini təkmilləşdirir və departamentlərin son təhvil-təslim tarixlərinə məhsuldar olaraq riayyət etməsinə kömək olur. Personala sürətli xatırlatmalar edir, vəzifələrini qüsursuz olaraq tamamlanmasını və hər kəsin istehsal prosesində cavabdehlikləri və son təhvil təslim tarixləri haqqında məlumatlı olmasını təmin edir.
Gecikmələrin qarşısını almaq üçün
Logix sizə vaxt itkisindən qaçmağa kömək edə bilər. O, məhsuldarlığı artırmaq üçün avadanlığın sürətli təmirini, inventarın doldurulmasını və digər tapşırıqları planlaşdırır. Logix Proqram təminatı xammalın vaxtında paylanması, fasiləsiz istehsalı və tamamlanmış məhsulların vaxtında çatdırılmasını təmin etmək üçün satınalma şöbəsi ilə sinxron şəkildə işləyir.