LogiX Anbar

LogiX Anbar

Anbarların idarə etdiyi geniş inventar həcmi səbəbindən, anbar idarəsini optimallaşdırmaq üçün müasir bir rəqəmsal alətə ehtiyac vardır. Şirkətlər, anbarlarında baş verən hər bir prosesə dair dəqiq məlumat əldə etməli, bununla da fəaliyyətlərini daha səmərəli idarə etməlidirlər. Logix anbar proqramı, məlumat axınlarını sadələşdirmək məqsədilə hazırlanmışdır və bu, təkrarlamaların və balanssızlıqların qarşısını almağa kömək edir. Bu sistem, əməliyyatlar zamanı səhv və gecikmələrin qarşısını alır. Eyni zamanda, proqram, mövcud əməliyyatlar, inventar və sifarişlər haqqında məlumat toplamaqda mühüm rol oynayır. Proqram, inventar səviyyələrini və ümumi sifarişləri izləməyə imkan tanıyır. 

Sürətli Alış-Veriş üçün

Elektron ticarət saytı ilə müştərilər alış-verişə daha az vaxt sərf edəcəklər. Onlar bir neçə məhsula sadəcə saniyə sərf etməklə istədiklərini tapa biləcəklər. Və artıq mağazada saatlarla vaxt keçirməyə ehtiyac duymayacaqlar. Bütün məhsullara nəzər sala bildikləri üçün təklif etdiyiniz bütün məhsulları da görəcək və indi olmasa da gələcəkdə almaq üçün onlara dəyərləndirəcəklər. 

Dolğun məhsul açıqlaması üçün

E-ticarət ilə məhsul haqqında istədiyiniz qədər məlumat yerləşdirə bilərsiniz. Siz müştərilərinizi xırda detallardan tutmuş çatdırılma müddətinə qədər məhsul haqqında tam məlumatlandırırsınız. Tutaq ki, satmaq istədiyiniz məhsulun bir neçə növü və ya rəngi var. Yalnız bir kliklə müştəri bütün seçimləri asanlıqla görə bilər.

Xərcləri azaltmaq üçün

Məhsulları mağazada təqdim etmək onları onlayn satmaqdan baha başa gəlir. Mağaza xərcləri həqiqətən yüksək olduğundan və hər ay davamlı olaraq bu xərclər ödənilməlidir. Eləcə də satış üçün e-ticarət daha az investisiya tələb edir. Siz həmçinin Logix vasitəsilə sadəcə olaraq e-ticarət saytınızı yarada və istədiyiniz məhsulları yerləşdirib sata bilərsiniz.

Effektiv reklam üçün

Saytda reklam yerləşdirdiyiniz zaman ümumi reklam xərcləriniz azalacaq və siz rəqəmlərlə bütün reklam nəticələrini rahatlıqla görə biləcəksiniz. Beləliklə, məhsullarınızı daha rahat şəkildə analiz edə bilərsiniz.

Qiymət müqayisəsi üçün

Məhsullarınızı e-ticarət saytı vasitəsilə satarkən siz müştərilərinizə istədikləri bütün məhsulların qiymətlərini müqayisə etmələrinə imkan verəcəksiniz. Fiziki mağazada onlar sadəcə olaraq bir neçə məhsulun təfərrüatları və qiymətləri haqqında məlumat ala bilərlər. Ancaq e-ticarətdə bu fərqlidir. İnsanlar əllərində çoxlu mal görəndə pul xərcləməyə daha həvəslidirlər.

İstənilən ünvana çatdırılma üçün

E-ticarət saytı vasitəsilə insanlar istədikləri ünvandan onlayn sifariş edə bilərlər. Məhsulları seçir, ödəniş edir, ünvanlarını qeyd edirlər. Onların sifarişləri bir neçə gün ərzində həmin ünvana çatdırılır. Çatdırılma müddəti, şübhəsiz ki, məsafədən asılıdır. Beləliklə, siz Logix e-ticarət veb saytınız vasitəsilə satışlarınızı istədiyiniz yerdə edə bilərsiniz.

Etibarlı olduğu üçün

İstəyirsinizsə, Logix vasitəsilə veb saytınızda rəy bölməsi də yarada bilərsiniz ki, insanlar həmin bölmədə öz rəylərini qeyd edə bilsinlər. Alınan məhsullar haqqında rəyləri görmək insanlarda inam yaradır və onlar həmin məhsulu rahatlıqla seçə bilirlər.

Eləcə də onlayn alış-veriş zamanı insanlar istədikləri məhsulu nəzarətdə saxlayaraq onun yenidən anbara düşdüyünü görə bilirlər. Heç bir mağazaya gedib bu məhsulu yoxlamağa ehtiyac yoxdur.