Aprelin 22-də “Destec Group” MMC-nin nəzdində “Logix Academy” tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təlim keçən İqtisadiyyat və Menecment fakültəsinin (İMF) tələbələri ilə görüş keçirilib. Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, İMF-nin dekanı, dosent İlham Rüstəmov, “Destec Group” MMC-nin direktoru Mürşüd Həmidov, təlimçi Elşad Seyidzadə və tələbələr iştirak edib. Tədbirdə ADNSU-nun rektoru professor Mustafa Babanlı “Destec Group” MMC-nin direktoru Mürşüd Həmidova “Təşəkkür plaketi” təqdim edib. Qeyd edək ki, ADNSU-nun iqtisadiyyat üzrə təhsil alan bir qrup tələbəsi “Destec Group” MMC-nin nəzdində “Logix Academy”də 5 həftəlik praktiki dərslərdə iştirak edib. Aprelin 16-da təlimin yekun qiymətləndirilməsi və tələbələrin sertifikatlaşdırılması məqsədilə imtahan keçirilib. Tədbirin sonunda “Logix Academy”də təlim keçən tələbələrə sertifikatlar təqdim olunub.
Azərbaycan
27A Ə.Rəcəbli prs., N.Nərimanov ray., Bakı, Azərbaycan
(+994) 50 260 05 75
info@logix.az
Özbəkistan
Abdulla Kaxxor 46,Yakkasaray dist., Taşkent, Özbəkistan
(+998) 8 970 025 544
info@destec.az
İngiltərə
17 Greville str., EC1N 8SQ, London
(+44) 7307 973 964
rajab.mammadov@logix.az