BSC GROUP və LOGİX ortaqlığı.

Phone App

03.06.2019 tarixində Winter Park otelində təşkil olunan iftar yeməyində BSC Group şirkəti ilə Logix Şirkəti arasında Birgə əməkdaşlıq müqaviləsi bağlandı. Logix Tətbiqi Proqramlar Paketi 2006-cı ildən müştərilərinə xidmət göstərməyə başlamışdır. Logix proqram təminatının əsas üstünlüklərindən biri onun yerli proqram təminatı məhsulu olmasıdır. Həmin dövrə qədər satışa çıxarılan bütün yerli məhsullar mühasibat sistemi olaraq təklif edilirdi. İlk dəfə rəsmi mühasibat uçotuna ehtiyac hiss etmədən daxili mühasibat sistemini yerli proqram təminatında aparmaq imkanı ortaya çıxmışdır. Ən əsası isə proqram təminatı müəssisənin fəaliyyəti istiqamətində məhz onun iş prinsipinə uyğun inteqrasiya edilirdi. Servis xidmətinin yerli mütəxəssislər tərəfindən görülməsi ortaya çıxmış bütün problemlərin qısa zaman içərisində aradan qaldırılmasına imkan verir. 2011-ci ilədək proqram təminatının 15-ə yaxın modulunun 100-ə yaxın modifikasiyası mövcud idi. 2011-ci ildən Logix adı ilə tanınmağa başlayan proqram təminatı, modulların sayını artırmaqla yanaşı Destec şirkətinin tərkibində korporativ bazarda yeni standartlarla satış və servisini aparmağa başlamışdır. Ümid edirik , Birgə əməkdaşlığımız hər iki tərəf üçün xeyirli və uğurlu olacaq.

Send mail

Azerbaijan

53 A.Salamzada str., Nasimi dist., Baku, Azerbaijan

(+994) 50 260 05 75

info@logix.az

Uzbekistan

Abdulla Kaxxor 46,Yakkasaray dist., Tashkent, Uzbekistan

(+998) 8 970 025 544

info@destec.az

English

62-64 Stoke Newington High Street, London, N167PB

+44 7311 462604

info@logix.store