BİZNES PROSESLƏRİNİN İDARƏ OLUNMASI

Phone App

Biznes proseslərinin idarə olunması və ölçülməsi üçün optimal proqram təminatının müəyyən edilməsi önəmli amillərdən biridir. Sistem bütün bölmələri əhatə etməklə yanaşı tətbiq prosesi üçün dəyişə bilən və istifadəçi rahatlığına uyğun olmalıdır. Logix komandası ERP tətbiqində formalaşan öz 12 illik təcrübəsini Biznes Proseslərin avtomatlaşdırılmasında istifadə üçün nəzərdə tutulmuş Logix BPM moduluna daşımışdır. Logix BPM şirkət, təşkilat və qurumların daxili proseslərinin idarə olunması üçün hazırlanmış biznes həlldir. Logix BPM vasitəsilə daxili proseslərin icra ardıcıllığının təyin olunması, icra prosesinə nəzarət və ölçülməsini həyata keçirmək mümkündür. Sistem Logix ERP və Logix Mobil tətbiqlərlə inteqrasiyalı və müstəqil istifadə oluna bilir. Sistem idarəetmə strukturunun qurulması, vəzifə bölgüsünün həyata keçirilməsi və icra mexanizminin formalaşdırılması imkanına malikdir. Logix BPM aşağıdakı alt modullardan ibarətdir.

  • Tapşırıqların idarə olunması
  • İclasların idarə olunması
  • KPI və Bonus
  • Layihələrin idarə olunması
  • CRM
  • Dashboard

  • Sistemin aşağıdakı faydaları vardır.

  • Şirkət idarəetmə sturukturunun optimallaşdırılması
  • Vəzifə təlimatlarının və bundan irəli gələn iş axışının formalaşdırılması
  • Bölmələr arasında əlaqələrin ölçülməsi
  • Şirkət daxili toplantıların və tapşırıqların idarə olunması
  • Personal dəyərləndirilməsi – KPI
  • İllik, rüblük və aylıq hədəflərin verilməsi
  • Satış standartlarının formalaşdırılması
  • Müştəri analizi
  • Tədarük standartı və strategiyası
  • Layihə planlaması və icrasına nəzarət
  • Əməkdaşların, vaxtın, büdcənin layihədə idarə olunması
  • Risk və dəyişikliklərin qeydiyyatı və təqibi
play video

CRM təqdimat

Mail göndərin

Azərbaycan

A.Salamzadə 53 küç., Nəsimi ray., Bakı, Azərbaycan

(+994) 50 260 05 75

info@logix.az

Özbəkistan

Abdulla Kaxxor 46,Yakkasaray dist., Taşkent, Özbəkistan

(+998) 8 970 025 544

info@destec.az

İngiltərə

62-64 Stoke Newington High Street, London, N167PB

+44 7311 462604

info@logix.store